Meydan TV-nin keçmiş rəhbəri Emin Milli Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimovu tərifləyib və keçmiş səhiyyə naziri Əli İnsanovu aşağılayan paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, onun bu paylaşımı izləyicilər tərəfindən tənqidlə qarşılanıb. E. Milli statusunda yazıb:
“İnam Kərimov həm Azərbaycan dövlətinə, həm Azərbaycan vətəndaşlarına, cəmiyyətimizə ən çox və keyfiyyətli xidmət edən məmurlardan biridir. ASAN eksperimenti göstərdi ki, İnam Kərimov kimi məmurlara iş tapşıranda və siyasi olaraq onun arxasında duranda, Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək olar.
Belə məmurların sayı hökumətin içində ən yüksək vəzifələrdən tutmuş ən kiçik vəzifələrə qədər artsa, bu həm hökumətin, həm də bütün xalqın xeyrinə olacaq.
Amma belə məmurların qazandığları inamı, etibarı və hörməti Əli İnsanov kimi mənasız insanlarla xərcləmək lazım deyil. Əli İnsanov Azərbaycan səhiyyəsini məhv edən bir insandır. Onun insnlara verdiyi dəyəri, nə tip insan olduğunu bütün xalq bilir.
Əli İnsanovun dərdini indi müxalifət çəkməlidir. İnsanov səviyyəli bir insanla görüşmək belə, bir sırada durmağ belə iyrəncdir”.
Bu paylaşımı tənqid edənlər Emin Millini satqınlıqda ittiham ediblər. Hətta ona AzTV-də işə düzəlmək təklif edilib.
Jurnalist Eynulla Fətullayev isə daha sərt reaksiya verib: “Meydan TV-nin keçmiş rəhbəri Emin Millini zorlayıblar? Özü də deyəsən qəddarcasına zorlayıblar. 4-5 il evvel özü yazırdı ki, hökumətin müsbət addımlarını kim dilə gətirirsə, deməli onu zorlayıblar. Gərək türmədə oğrulardan soruşum, onu kamerada necə zorlayıblar”...
Telegram kanalımız