Nazirlə deputat arasında qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

Nazirlə deputat arasında qarşıdurma

Siyasət

21 Aprel 2019 01:37 1815


Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Ədliyyə Nazirliyi rəhbərliyi arasında gərginlik yaranıb.

Bu barədə məlumatda bildirilir ki, bu gərginliyin nəticəsi olaraq Əli Hüseynli məhz Məhkəmə-Hüquq Şurasının üzlüyündən xaric edilib. Onu bu qurumda artıq Milli Məclisin birinci-vitse-spikeri Ziyafət Əsgərov əvəz edib.

Məlumatda o da qeyd olunur ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən Əli Hüseynli nazirliyin tədbirlərinə də dəvət almır. Marqarita pizza

Məlumatda qeyd olunur ki, nazir Fikrət Məmmədovla münasibətləri olduqca gərginləşdiyindən Əli Hüseynli əvvəlki dövrdə olduğu kimi daha ayrı-ayrı məhkəmə orqanlarına xahiş və tapşırıqlar verə bilmir.

O da bildirilir ki, komitə sədrinin rayonların brirində məhkəmə sədri olan bacanağı da yaxın zamanlarda “vurulacaq”.

Gununsesi.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!