Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub.
Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qərar martın 9-u saat 10:00-dan etibarən qüvvəyə minib. pizza
İrandan Azərbaycan və Azərbaycan ərazisindən İrana tranzit məqsədilə giriş-çıxışa da icazə verilib.
Qeyd edək ki, martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
Bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılmışdı.
Telegram kanalımız