İranla sərhəddəki vəziyyətlə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Siyasət

06 Mart 2026 18:08 654


Hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.

Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!