Nazirlik 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə

18 Dekabr 2019 19:53 768


Yevlax şəhərinin Qoyunbinəsi kəndində baş verən qəzada ölənlərdən daha birinin kimliyi bilinib.  

Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, ərazidə  “Hyundai” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1974-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və daha bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!