Nazirlik 400 milyon manat depozit yerləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik 400 milyon manat depozit yerləşdirdi

İqtisadiyyat

16 Avqust 2025 09:11 291


Avqustun 15-də Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının 400 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Öncəki hərracda 200 milyon manatlıq depozit yerləşdirilmişdi. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!