Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Sosial

25 Mart 2026 09:50 577


Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycanda gözlənilən hava şəraitinə görə əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Pepperoni pizza

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin, mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!