Nazirlik Qarabağ əlilləri üçün 164 avtomobil alıb

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Qarabağ əlilləri üçün 164 avtomobil alıb

Sosial

08 Aprel 2020 16:44 1003


"Bəzi media orqanlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərmaş” MMC-dən “Khazar LX” markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlar yayılsa da, avtomobillərin hansı məqsədlə alınacağı qeyd edilməyib". 

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. 

Onun sözlərinə görə, nazirlik tərəfindən hər il olduğu kimi, bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunması nəzərdə tutulub və alınacaq 164 avtomobil də Qarabağ müharibəsi əlillərinə veriləcək: "Bir daha media orqanlarına hər hansı məlumatı yaymazdan əvvəl dəqiqləşdirmə aparmalarını tövsiyə edirik".  Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!