Nazirlik rayonlarda görüş keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik rayonlarda görüş keçirdi

Sosial

14 Mart 2019 15:11 803


Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş Lənkəran, Cəlilabad, Biləsuvar, Masallı, Astara, Lerik, Yardımlı rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliklərinin, yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!