“Novruz bayramı günü, eyni zamanda çərşənbələrdə yanğın hadisələrinin sayı artır. Nazirliyin əməkdaşları tərəfindən yanğın hadisələrinin qısa zamanda qarşısı alınır".
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev bildirib. O qeyd edib ki, açıq oddan istifadə təhlükəlidir:
"Nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir. Çalışmaq lazımdır ki, tonqal elektrik xətlərindən, qaz kəmərlərindən, ağaclardan, nəqliyyat vasitələrindən, bina və qurğulardan və digər yanar materiallardan kənarda yandırılsın. Tonqalın ətrafına yığışan zaman azyaşlı uşaqlar nəzarətsiz qalmamalıdır, tonqalın üzərindən atlanarkən geyimlərin yanmaması, xəsarət almaması üçün ehtiyatlı olmaq lazımdır. pizza hut
Tədbir bitdikdən sonra tonqalın sönməsi nəzarətdə saxlanılmalıdır. Açıq oddan, həmçinin bayram xonçasının bəzədilməsi zamanı istifadə edilir. Nəzarət edilməlidir ki, şamlar şamdanlara kip yerləşdirilsin və yandırıldığı zaman nəzarətdə saxlanılsın”.
Telegram kanalımız