Nazirlik sürücüləri xəbərdar etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik sürücüləri xəbərdar etdi

Sosial

21 Fevral 2025 16:23 147


Azərbaycanın magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 km məhdudlaşacaq.

Yenisabah.az xəbər verir ki, bu xəbərdarlığı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Ölkə ərazisində qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin fevralın 22-si səhərədək 1-2 km-dək məhdudlaşacağı, havanın temperaturunun daha 5 dərəcə enəcəyi gözlənilir. pizza

Qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur. Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!