Nazirlik təsdiqlədi: Şəhid statusundadır

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik təsdiqlədi: Şəhid statusundadır

Rəsmi

28 Yanvar 2024 12:57 2990


Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, nazirlik yazılı müraciətində bildirib:

“Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu, həkimlərimizin səylərinə baxmayaraq, şəhid olub. Dominos pizza

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!