Nazirlikdə beynəlxalq ekspertlərlə görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdə beynəlxalq ekspertlərlə görüş keçirilib

Sosial

14 Mart 2019 18:19 885


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub.

“Yeni Sabah” xəbər verir ki, görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahəsində aparılan işləri diqqətə çatdırıb.

Görüş zamanı “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri müzakirə edilib. Həmçinin informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların tanınması mexanizmlərinə dair müzakirələr aparılıb. Toyuqlu pizza

Görüş Estoniyada və ayrı-ayrı Avropa ölkələrində təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması, peşə standartlarına əsaslanan kurikulumların hazırlanması üzrə mövcud təcrübəyə dair fikir mübadiləsi ilə davam edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!