Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu

Sosial

01 İyun 2020 11:39 996


Bu gündən bir çox təhsil müəssisələrində direktorlar müəllimlərin bir qisminin işə çıxması ilə bağlı tapşırıq verib.

Yenisabah.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirib. Sezar pizza

Ekspertin fikrincə, 1 iyundan təhsil müəssisələrində çalışan bütün işçilərin işə çağırılması doğru qərardır.

“Yəni Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün dövlət orqanlarının tam işçi heyətinin işə çıxması qeyd olunur.

Ona görə də müəllimlərin, laborantların, texniki işçilərin işə çağırılmasında əsassız heç nə yoxdur. Sabahdan etibarən müəssisə rəhbəri çağıra bilər.

Burada problem isə karantin rejiminin davam etdiyi, giriş-çıxış məhdud olan şəhər və rayonlar üzrədir. Həmin şəxslər də postlarda müvafiq olaraq məlumat yoxlanılmasından sonra keçə bilərlər”, - deyə Kamran Əliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!