Xalq artisti Nazpəri Dostəliyevanın əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb. O cümlədən axşam.az müğənni yıxılaraq qolunu zədələyi barədə məlumat dərc edib.
Yenisabah.az-a danışan sənətçi bunun yalan olduğunu bildirib:
“Mən sağ-salamatam, Allahın bu gününə şükürlər olsun. Hər şey çox yaxşıdır, bağdayam, dincəlirəm. Başa düşmürəm belə lov xəbərlər nəyə lazımdır?! Niyə belə informasiyalar yazıb məni sevənləri də narahat edirlər?! Məqsəd nədir, anlamıram. Mən evimdə oturmuşam, inanmayan gəlsin baxsın, turp kimiyəm”. Marqarita pizza
Əsmətxanım
Telegram kanalımız