“Nə fiziki, nə də psixi travmamız var“ - Turandan qalmaqallı sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Nə fiziki, nə də psixi travmamız var“ - Turandan qalmaqallı sözlər

Şou

11 Yanvar 2022 15:21 1087


Aparıcı Turan İbrahimov son günlər müəllimlərlə bağlı yayılan və tənqid edilən xəbərlərə münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, o, müəllimin şagirdi vurmasına haqq qazandırıb:

"Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik valideynimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına… Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə, yerimizi bilmişik, başqasının da yerini dar etməmişik. Pepperoni pizza

Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik inistitunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq.

Şəxsən mən oğluma demişəm ki, eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidirlər. Uşaqlar üçün isə haqlı olan, həmişə müəllim olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!