“Nə həddimədir, gedib nazirin qapısını döyüm?” –   Kənan MM 

saytların hazırlanması

Evə çatdırılma

“Nə həddimədir, gedib nazirin qapısını döyüm?” – Kənan MM 

Mədəniyyət

16 Dekabr 2023 12:25 5992


Xəbər verdiyimiz kimi, tanınmış rejissor, aktyor Kənan MM-i (Mahmudov) ötən gün Mədəniyyət Nazirliyinə gedib.

Onun yeni nazirin qəbuluna düşmək istədiyi iddia olunsa da, rejissor başqa məsələ ilə bağlı nazirliyə getdiyini açıqlayıb.

Yenisabah.az-a danışan Kənan Mahmudov öz ssenarisi ilə nazirliyin keçirdiyi konkursa qatıldığını bildirib: Dominos pizza

“Ssenarimin qəbul edilmədiyi, bunun üçün maliyyə ayrılmamağı keçmiş nazirlə bağlı olan məsələ idi, artıq vəziyyət bir qədər fərqlidir.

Nazirin qəbuluna düşmək üçün getməmişdim, mənim nazirlə nə işim var? Nazirin qəbuluna düşəcək səviyyədə deyiləm. Mən mədəniyyət işçisiyəm, nazir özü məni qəbul etməmiş nə həddimədir ki, gedim birbaşa nazirin qapısını döyüm? 

Sadəcə müsabiqə üçün yeni ssenarilərə ehtiyacları vardı, mən də öz ssenarimi verməyə getmişdim. Vaxtilə haqqında status yazdığım Qarabağla bağlı olan ssenarimi müsabiqəyə təqdim etdim. Keçmiş nazirin vaxtında əvvəlki konkursda həmin ssenarini vermişdim, 32 ssenarinin içərisində 4-cü yeri tutdu, ilk üç yerə düşmədi. Bu dəfə ümidlərim böyükdür. Çünki bu dəfə sistem dəyişib və şəffaflıq olacağına özləri də söz verib. Bu meydan, bu da şeytan! Gətirsinlər ssenariləri müqayisə edək. 

Bu müsabiqənin cavablarının nə zaman bəlli olacağı hələ ki, məlum deyil. Hələ jüri təyin olunmayıb. Ümid edirəm, hər şey yaxşı olar”. 

Xatırladaq ki, Kənan MM bir neçə ay öncə sosial şəbəkə hesabında mədəniyyət nazirinə müraciət edərək belə yazmışdı:

“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır". 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!