“Nə qədər olar eyni şeyi çürütmək?!“   - Elşad Xose

saytların hazırlanması

Evə çatdırılma

“Nə qədər olar eyni şeyi çürütmək?!“ - Elşad Xose

Şou

10 Fevral 2022 16:28 971


"Yeni çıxan ifaçılar, mədəniyyətə qoşulanlar efirə böyük pullar töküb. Şahidi də olmuşam. Həmkarlarımın bu səbəbi gətirərək dialoq qurmasına tərəfdar deyiləm. Mən bir qəpik xərcləməmişəm. Efir düşkünü olmamışam, qaçmışam".

Yenisabah.az "Axsam"a istinadla xəbər verir ki, bu sözləri reper Elşad Xose instaqramda canlı yayımda olarkən deyib.

İfaçı televiziya işçilərini, stilistləri təhqir edib: pizza mizza

"Mədəniyyət aləmində nadir belə insan taparsınız. İnsan var ki, gündəmə can atır. İnsan da var ki, mənim kimi qaçır. Qonağın, aparıcın, prodüserin, stilistin geydir. Hamı geydir, kimlə gəlib oturasan, söhbət edəsən? Verilişə çıxıramsa, ifam repdir, efirdə çıxıb insan olmayan yerdə kamera qabağında rep deyim? Klip çəksəm, kamera ilə işləyərm. 

Verilişdə danışmağa üstünlük verirəm. Cavanlıqda narkotik mövzusu olub, çürüdürsünüz. Bunu insanlar bilir artıq. Oldu keçdi. Nə qədər olar eyni şeyi çürütmək?! O qədər problemləriniz var. Xalq və əməkdar artistlər danışmır. Hər şey əladır, təmsil etdiyimiz sahədə alim aləmindən danışa bilmərəm. Sahəm mədəniyyətdir, bundan danışacam. Qonorar deyirəmsə, təəccüblənməyin. Qonorar istədiyim və verilən ilk, son veriliş deyil".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!