“Nə vaxt sonadək getməmişəm ki, indi də getməyim?”  - İqbal Ağazadə

saytların hazırlanması

Evə çatdırılma

“Nə vaxt sonadək getməmişəm ki, indi də getməyim?” - İqbal Ağazadə

Siyasət

12 İyul 2024 15:03 680


Bildiyimiz kimi, Azərbaycanda sentyabrın 1-i növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir-birinin ardınca siyasi partiyalar öz namizədlərini təsdiqləyir, müstəqil namizədlər iştirak edəcəklərini açıqlayırlar. 

Parlament seçkilərində iştirakı ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, seçkilərdə iştirakı hələ dəqiq deyil. 

İqbal Ağazadənin sözlərinə görə, namizədliyi ilə bağlı partiya hələ qərar verməyib:  Dominos pizza

“Hələ seçkilərdə iştirak edib-etməyəcəyim dəqiq deyil. Buna partiya qərar verəcək. Bu qərar mənim fərdi qərarım deyil”. 

“Namizəd olacağı təqdirdə, bu dəfə də seçkilərdə eyni dairədən Rauf Arifoğlu ilə rəqib olarsa, sonadək gedəcəkmi?” sualına isə İqbal Ağazadə “Mən haçan sonadək getməmişəm ki, indi də getməyim?” cavabını verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!