Neftçalanın “Robinzon Kruzo”su vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Neftçalanın “Robinzon Kruzo”su vəfat etdi

Hadisə

06 Yanvar 2020 20:54 1073


Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs - Vitali Pronin dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında Kürdili adasında baş verib.

Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib. Pepperoni pizza

Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!