“Neftçi“ çətin komandadır“ - “Aris“in prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ çətin komandadır“ - “Aris“in prezidenti

İdman

16 İyun 2022 16:12 1094


"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kipr "Aris"inin prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirib.

Yenisabah.az "Protathlima"ya istinadən xəbər verir ki, o, Azərbaycan təmsilçisi ilə bağlı deyib:  “Belə komanda ilə qarşılaşmaq görünməmiş hissdir. "Neftçi" bir neçə kubok qazanan çox çətin komandadır. Mübarizə aparacağıq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.

Lisansou yeni transferlər edəcəklərini vurğulayıb:  "Heyətin formalaşdırılması bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandadan bir neçə futbolçu getdi. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi transfer etmək istəyirik". Pepperoni pizza

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab matçları iyulun 28-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!