“Neftçi” daha beş məşqçini göndərdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” daha beş məşqçini göndərdi

İdman

10 İyun 2022 15:50 1100


“Neftçi”  məşqçilər korpusuna daxil olan köməkçi məşqçilərlə yolları ayırıb.

Yenisabah.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. 

Qeyd edək ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı. pizza

Daha əvvəl klub baş məşqçi Samir Abasovla da müqavilənin uzadılmamasına qərar verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!