“Neftçi” əvvəlki kimi oynasa, qalib gələ bilər...

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” əvvəlki kimi oynasa, qalib gələ bilər...

İdman

25 İyul 2019 11:12 1485


Xəbər verdiyimiz kimi, bu gün “Neftçi” və “Qəbələ” avroliqada 2-ci təsnifat mərhələsinin ilk matçına çıxacaq.

Futbol mütəxəssisi  Ağasəlim Mircavadov “Yeni Sabah”a açıqlamasında keçiriləcək hər iki oyun haqqında fikirlərini bölüşüb. O komandalarımızın sərfəli nəticə əldə edəcəklərinə inandığını bildirib:

““Neftçi”nin rəqibinin - “Arsenal”ın oyununa dünən baxmışam. Rusiya Premyer Liqasında oynamağa yaxın illərdən başlayıblar. Amma güclü rəqibdir, texnikalı futbolçuları var. “Neftçi” ilk rəqibinə qarşı oynadığı kimi oynasa, qalib gələ bilər deyə düşünürəm.  Sezar pizza

“Qəbələ”yə gəlincə isə, daha öncə də “Dinamo” ilə qarşılaşmışdı. Artıq öz rəqibini tanıyır. Düşünürəm ki, keçilməyəcək sədd deyil. Qalib gələ bilərlər. Hər iksinə uğurlar diləyirəm”.

Qeyd edək ki, “Neftçi” səfərdə Rusiyanın “Arsenal”ı, “Qəbələ” isə doğma meydandanda Tbilisi “Dinamo”su ilə qarşılaşacaq.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!