“Neftçi” ili darmadağınla başa vurdu

“Neftçi” ili darmadağınla başa vurdu

İdman

23 Dekabr 2022 18:12 774


Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib.

Yenisabah.az xəbər verir ki, "Neftçi" öz meydanında "Şamaxı" ilə qarşılaşıb. Oyun "ağ-qaralar"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Günün ikinci matçında isə son turlarda uğursuz çıxış edən "Sabah" ardıcıl 2 oyunda qələbə qazanan "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları dekabrın 24-ü və 25-də keçiriləcək.

23 dekabr (cümə)

16:00. “Neftçi” – “Şamaxı” - 3:0 

Qollar: İsmayıl Zülfüqarlı, 41, Fuad Bayramov, 52-avtoqol, Ağadadaş Salyanski, 88

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov

“Bakcell Arena”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!