“Qeyri-adi bir şey baş verməsə, ölkə çempionatını oktyabrda başlamağı planlaşdırırıq”.
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev federasiyanın təşkil etdiyi “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, hazırda "Sabah" və "Neftçi" klublarının çempionatda iştiraka maraqlı olduqlarını bildirib: “ Hazırda böyük ehtimalla, “Neftçi” və “Sabah” klubları bizə maraqlarını ifadə ediblər. Bu, həm klublar, həm federasiya üçün yenidir. Toyuqlu pizza
6-8 komandanın iştirakı ilə oktyabrda ölkə çempionatının təşkilini mümkün sayırıq. Rəqabətli çempionatın olması üçün əlimizdən gələni edəcəyik. Tələsmədən, keyfiyyətə xələl vurmadan yarış keçirəcəyik. Amma çempionat son məqsəd deyil. Azarkeşlərsiz, komandaları dəstəkləməyən yarış keçirmək doğru olmaz. İstəyirik ki, ən azı bir-iki güclü klubumuz olsun. Aşağı liqaları da təşkil etmək istəyirik ki, gələcəkdə Superliqada komandaların sayını artıraq".
Telegram kanalımız