“Neftçi“də yeni baş məşqçisi: Bu gün təsdiqlənəcək

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“də yeni baş məşqçisi: Bu gün təsdiqlənəcək

İdman

08 İyun 2022 11:37 1013


Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək.

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı saat 16:00-da başlayacaq. İclasın gündəliyinə hesabatların dinlənilməsi, A və B komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.

Qeyd edək ki, hazırda "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri belaruslu mütəxəssis, BATE və SSKA-nın (Moskva) da çalışdırıcısı olmuş Viktor Qonçarenkodur. Pepperoni pizza

Əlavə edək ki, 2019/20 və 2020/21 mövsümlərində "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasovla müqavilənin müddəti son mövsümün yekununda başa çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!