“Neftçi”nin eks-futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin eks-futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

İdman Veb saytların hazırlanması

19 Dekabr 2022 16:46 853


“Neçə ildir ki, “Qarabağ”ın daha uğurlu çıxış etdiyini görürəm. Bu, şəxsən mənə heç də xoş gəlmir”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu Nikolas Kanales deyib.

2012-2013 mövsümündə “ağ-qaralar”la Premyer Liqa çempionluğunu qazanan və 26 qolla çempionatın bombardiri olan 37 yaşlı çilili keçmiş hücumçu komandanın hazırkı durumuna münasibət bildirib.

Kanales “Neftçi”ni yenidən çempion kimi görmək arzusunda olduğunu söyləyib: “Düzü, işlərimlə əlaqədar çox maraqlana bilmirəm. Həm də televiziyada Azərbaycan çempionatının matçlarını canlı vermirlər. Amma imkan düşdükcə internet vasitəsilə nəticələrə baxıram. “Neftçi”ni daim zirvədə görməyi arzulayıram. Ümid edirəm ki, sevimli komandam yenidən layiq olduğu çempionluqları qazanacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!