“Neftçi“nin məşqçisinə 5 oyunluq cəza verildi

“Neftçi“nin məşqçisinə 5 oyunluq cəza verildi

İdman

15 Dekabr 2022 17:57 567


“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev cəzalandırılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

O, 1-ci divizionun 14-cü turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb. Mütəxəssis oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. Abdullayev 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!