“Neftçi“nin oyunçuları qripə yoluxdu, oyun təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“nin oyunçuları qripə yoluxdu, oyun təxirə salındı

İdman

12 Yanvar 2023 14:16 788


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu birincilərin oyunçularının xəstələnməsinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, "Neftçi” klubunun rəhbərliyi bununla bağlı müraciət ünvanlayıb.

Müraciət bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkədə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər və məşqlərdə iştirak edə bilmirlər. Bu səbəbdən AVF qarşılaşmanın başqa vaxta keçirilməsini qərara alıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!