“Neftçi”nin oyunu tıxaca görə gec başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin oyunu tıxaca görə gec başlayacaq

İdman

05 Noyabr 2022 19:18 1128


Azərbaycan Premyer Liqasının XIII turunun "Sumqayıt" - "Neftçi" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da başlamaycaq.

Yenisabah.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın yollarda yaranmış böyük tıxac üzündən stadiona oyun günü planına uyğun çata bilməməsidir.

Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və Əsasnamə rəhbər tutularaq, görüşün 30 dəqiqə gec başlamasına qərar verilib. pizza sifarişi

Qeyd edək ki, qarşılaşma 19:30-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!