“Neftçi”nin rəqibi haqda nə bilirik?

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin rəqibi haqda nə bilirik?

İdman

19 İyul 2019 11:49 1570


Xəbər verdiyimiz kimi, “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək.

“Yeni Sabah” “Arsenal” haqqında bəzi məlumatları sizə təqdim edir:

Tula şəhərini təmsil edən “Arsenal” klubu 1946-ci ildə yaranıb. Hazırda Rusiya Premyer Liqasında çıxış edən klub yalnız 2014-cü ildə yüksək elitaya yüksəlməyə bacarıb.  Toyuqlu pizza

Klub 19,241 azarkeş tutumu olan “Arsenal” arenada ev oyunlarını keçirir. Ləqəbləri “qırmızı-yaşıllar” olsa da, rəngi “sarı-qırmızı”dır. 

1997 və 2003-cü ildə Qərb Zona birinciliyi, 2012-2013-cü ildə isə, Mərkəzi Zona birincliyini qazanıb. Klubun prezidenti Quram Adzoyev, baş məşqçisi İqor Çerevçenkodur. 

Yarandığı il “Zenit” Tula adlandırılan klub bir neçə dəfə adını dəyişdirib. İlk dəfə 1984-cü ildə “Arsenal” Tula adını daşımağa başlasa da, çox keçmədən bu da yenidən başqası ilə əvəzlənib. Yalnız 2008-ci ildən klub yenidən hazırkı adını bərpa edə bilib. 

Hazırkı baş məşqçi 2019-cu ildən “qırmızı-yaşıllar”ı çalışdırmağa başlayıb və ilk ilindəcə uğurlu olaraq komandası Avropa liqasının təsnifat mərhələsində iştirak etmək hüququ qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!