"Speranta” klubu “Neftçi” ilə matç öncəsi “ağ-qaralar”ın qalibiyyətinə mane olmaq üçün bəzi əngəllər yaradıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə idman jurnalisti İlkin Baba “Facebook” səhifəsində yazıb. O, hətta bunun üçün “xüsusi” top hazırlandığını da bildirib:
"Speranta” "Neftçi"yə mane olmaq üçün sözün həqiqi mənasında səfərbər olmuşdu. Stadionun ot örtüyü əyri "qırxılmışdı", yəni mərkəzdən stadiona baxanda sanki körpü idi, ot örtüyü yarısı balaca, yarısı uzun, daşlıq əraziyə bənzəyirdi ki, topun hərəkət istiqamətinə əngəl olsun. Top demişkən, "xüsusi" top hazırlanmışdı, stadionun sulanmasına icazə verilmədi, bilirdilər ki, rəqibin futbolçularının sürətinin qarşısını ala bilməyəcəklər, media nümayəndələri üçün isə ümumiyyətlə heç bir şərait yaradılmamışdı”.
Telegram kanalımız