Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,7 faiz artaraq bir bareli 60,09 dollar olub.
“Yeni Sabah” xəbər verir ki, Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin də qiyməti 2,7 faiz artaraq bir bareli 66,58 , Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,8 faiz artaraq bir bareli 68,40 dollar olub.
Ekspertlər bildiriblər ki, Yaxın Şərqdə yaranmış gərgin vəziyyət dünya bazarında “qara qızıl”ın qiymətinin baha¬laşmasına səbəb olur. Dördpendirli pizza
Yaponiyanın Osako şəhərində keçirilmiş “G20” sammitində Rusiya Prezidenti ilə Səudiyyə Ərəbistanının şahzadəsinin görüşündə qərara alınıb ki, hasilat yenə də azaldılsın.
Hasilatı azaltmaq barədə Vyanada OPEC-ə üzv ölkələrin iclası keçirilib. Bu gün isə OPEC-ə üzv olmayan ölkələr də hasilatı azaltmaq barədə müzakirələrdə iştirak edəcəklər.
Telegram kanalımız