Nənə və nəvəni 600 dollara görə öldürüblər - 18 il əvvəlki qətlin təfərrüatları

saytların hazırlanması

Evə çatdırılma

Nənə və nəvəni 600 dollara görə öldürüblər - 18 il əvvəlki qətlin təfərrüatları

Kriminal

15 Aprel 2022 15:11 745


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 24 aprel 2004-cü ildə paytaxtın Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı xəsarətlər olan meyitləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Lakin cinayəti törətmiş şəxs(şəxslər) müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılıb. pizza hut

14 aprel 2022-ci ildə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən iş üzrə icraat təzələnməklə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq etmək məqsədi ilə 24 aprel 2004-cü il tarixdə saat 18:30-da  Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada Aygün Əzizovanın da olduğunu görüb özləri ilə və mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürüb.

Daha sonra mənzildə olan 600 ABŞ dolları məbləğində pul vəsaitini götürüb hadisə yerini tərk ediblər. Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə),  120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla)  maddələri ilə ittiham elan edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində  saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!