Nərimanovda bıçaqlanma: Tanışını qanına boyadı

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda bıçaqlanma: Tanışını qanına boyadı

Kriminal

23 Fevral 2022 11:01 630


2021-ci il oktyabrın 25-də paytaxtın Nərimanov rayon sakini Tural Heydərovun kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Nərimanov rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış istintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin tanışı Şükran Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Heydərova məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Şükran Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!