Nərimanovda əməliyyat: 8 narkokuryer tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda əməliyyat: 8 narkokuryer tutuldu

Kriminal

26 Avqust 2025 11:01 471


Nərimanovda son əməliyyatlar zamanı 44 kiloqram narkotik vasitə aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər: Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar.

Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən 1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.  Pepperoni pizza

Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!