Nərmin Həsənliyə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Nərmin Həsənliyə vəzifə verildi

Sosial

16 Mart 2026 23:37 1644


Vəkillər Kollegiyasının üzvü Nərmin Həsənliyə vəzifə verilib.

"Yeni Sabah" xəbər verir ki, o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nərmin Müşfiq qızı Həsənli 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Dördpendirli pizza

O, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüb.

2011-ci ildə bakalavriat, 2015-ci ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomu ilə başa vurub.

N.Həsənli 2013-2019-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb.

O, 2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir.

N.Həsənli. eyni zamanda, 2023-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. /e-hüquq/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!