Nərmin İsmayılova işdən çıxarıldı - Yeni TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Nərmin İsmayılova işdən çıxarıldı - Yeni TƏYİNAT

Sosial

01 Aprel 2025 11:59 1087


Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmayılova vəzifəsindən azad edilib.

“Yeni Sabah” Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifəyə Kəmalə Ağayeva gətirilib. Marqarita pizza

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparıldığı bildirilirilib.

Qeyd olunub ki, yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!