“Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!” - Video

Şou

24 Noyabr 2023 12:26 32525


Müğənni Pünhan Piriyevin aparıcının “Nəfəslə ailə qur” deməsinə verdiyi cavab  birmənalı qarşılanmayıb.

Yenisabah.az xəbər verir ki, “Həmin Zaur” verilişinin qonağı olan ifaçı həmkarı Nəfəslə ailə qurmaq istəmədiyini bildirib:

“Nəfəsi alan alıb artıq. Onu alıblar, həm də yaşım azdır. Təzədən Nəfəsi niyə alım ki?! Yaxşı, Zaur, sən Allah, nəslin-kökün içində hamının mənə hörməti-izzəti var. Müğənni almaram. Qardaş, müğənni almıram! Nəfəsi niyə alım, o dostumdur. Sən aranı qızışdırırsan. Nəfəsi alan alıb, toyu olub, mən təzədən onu necə alım?” Pepperoni pizza

Zaur Kamal isə cavabında Nəfəsin subay olduğunu deyib:

“Nəfəs subaydır. Allah bəxtini-taleyini gözəl etsin. Heç gör Nəfəs sənə gələrmi?”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!