Netanyahu: Biz olmasaydıq, İran artıq nüvə silahına sahib idi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu: Biz olmasaydıq, İran artıq nüvə silahına sahib idi

Dünya

06 Fevral 2025 10:35 185


Əgər İsrail bunu dayandırmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edə bilərdi.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“İranın nüvə silahı əldə edəcəyinə şübhə yoxdur. Əgər biz onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, yəqin ki, 10 il əvvəl orada olardılar. Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandırmadıq", - Netanyahu əlavə edib. Sezar pizza

“Axios” portalı mənbələrə istinadən yazıb ki, Netanyahu danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı İsrail ordusunu İranın yeraltı dərinlikdəki nüvə obyektlərini məhv edə biləcək silahlarla təmin etməyə razı salmağa cəhd etməyi planlaşdırıb. Belə bir zərbə Tehranın nüvə proqramına dair vəziyyətin diplomatik yolla nizamlanması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!