Nəvəsi qəzada həlak olan Cığatel danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nəvəsi qəzada həlak olan Cığatel danışdı

Hadisə

06 Avqust 2023 18:16 1799


Avtomobil qəzasında nəvəsini itirən şairə Cığatel İsaqızı açıqlama verib.

O, oğlunun vəziyyəti ilə bağlı "Sherg.az"a danışıb.

"Öldüm. Balam lay-lay. Nəvəmin birini itirdim. Oğlum da əməliyyat olunacaq. Qırığı, sınığı var", - deyə, o bildirib. Toyuqlu pizza

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Cığatel də xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!