İnsanlarda aldığı hər şeyi soyuducuya qoymaq adət halını alıb. Halbuki alınan bəzi meyvə və tərəvəzlərin çoxu soyuducuda saxlamaq üçün uyğun deyil.
Yenisabah.az soyuducuda saxlanılması lazım olmayan meyvə-tərəvəzləri təqdim edir:
Pomidor pizza
Olduqca gülməli görünür, lakin doğrudur. Pomidorları soyuducuda saxlamaq olmaz. Soyuducuya qoyduqda pomidor ləzzətini itirəcək. Pomidorun dərilən kimi yeyilməsi məsləhətdir. Onları bir qabda suda isladaraq saxlamaq olar. Amma pomidor sousunu soyuducuda saxlamaq olar.
Banan
Bananı soyuducuda saxladıqda qabıqları nəinki qəhvəyi olur, həm də yetişmə prosesi ləngiyir, ləzzəti dəyişir və qabığınınn içindəki tekstura dəyişir.
Ərik
Ərik də digər çəyirdəkli meyvələr kimi otaq tempraturuda daha tez yetişir. Ancaq yetişdikən sonra soyuducuda daha uzun müddət saxlana bilər. Üstəlik, soyuducu bu meyvənin ləzzətini və teksturasını itirə bilər.
Sarımsaq
Sarımsaq da soğan kimi soyuducuda saxlanılmamalıdır. Onları quru və otaq temperaturunda saxlamaq lazımdır. Soyuducu sarımsağın ləzzətini itirməsinə və dəhşətli qoxuya səbəb ola bilər.
Bal
Bal heç bir problem olmadan rəfdə istənilən qədər saxlanıla bilər. Soyuducuda saxladıqda bal kristallaşır və ağızda xırçıldayır.
Çörək
Çörəyi otaq temperaturunda uzun müddət saxlamaq çörəyin boyatlaşmasına və kiflənməsinə səbəb olur. Bəs çörəyi necə saxlamaq olar?
Bu zaman soyuducu seçim deyil, çünki çörək soyuducuda saxlandıqda daha tez köhnəlir və dadını itirir. Lakin çörəyi donduraraq saxlamaq olar. Ancaq yedikdə onun əriməsinə imkan vermək əvəzinə, qızartmaq və ya mikrodalğalı sobadan istifadə etmək daha əlverişlidir.
Qarpız
Qarpız tağdan yığılan kimi yetişməyi dayandırır. Buna görə soyuducu və ya otaq temperaturu yetişmə prosesinə heç bir təsir etmir. Lakin araşdırmalar göstərir ki, qarpızın soyuducuda saxlanması onun qida dəyərinə mənfi təsir göstərir. Kəsdikdən sonra qarpızı bağlı torbaya qoyub saxlamaq olar. Ancaq onlar 1-2 gün ərzində yeyilməlidir.
Göyərtilər
Göyərtilər üçün oksigen pisdir, çünki bu onların qəhvəyi və ya qara rəngə çevrilməsinə səbəb ola bilər. Bitkilər çox oksigenə məruz qaldıqda nəmlərini qoruya bilmirlər. Onları düzgün saxlamaq üçün boş bir kisəyə qoymaq lazımdır.
Soğan
Soğan kəsilmiş və ya kəsilməmiş halda heç vaxt soyuducuda saxlanılmamalıdır. Onların quru və təzə qalması üçün mütləq hava lazımdır. Rütubət və qaz soğan üçün yaxşı deyil. Bu, çürümə prosesini sürətləndirəcək.
Avokado
Çox vaxt avokadonu marketdən aldıqda onlar yetişməmiş olurlar. Onları yetişdirmək üçün soyuducuda deyil, otaq temperaturunda saxlamaq lazımdır. Ancaq yetişibsə və yeməyə hazırdırsa, soyuducuda saxlamaq olar. Avokadonun yetişməsi 2-4 gün çəkir. Ona görə də otaq şəraitində saxlamaq daha əlverişlidir. Yetişdikdən sonra isə soyuducuda 7 gün ərzində saxlamaq olar.
Nəzrin Musayeva
Telegram kanalımız