Futbol üzrə Braziliya millisinin kapitanı Neymar bu gün milli komanda ilə məşq edib.
Yenisabah.az xəbər verir ki, Braziliya yığması dekabrın 5-də Qətərdə keçirilən futbol üzrə 22-ci Dünya Çempionatının pley-off mərhələsində Cənubi Koreya ilə mübarizə aparacaq. Zədəsini yeni sağaldan “PSG”nin braziliyalı hücumçusunun məşqdə iştirakı isə “selesao”ya motivasiya olub.
Xatırladaq ki, Braziliya futbol komandasının hücumçusu Neymar Dünya Çempionatının qrup mərhələsinin ilk turunda Serbiya ilə oyunda zədələnib. Qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar isə 79-cu dəqiqədə əvəzlənib. pizza hut
Qeyd edək ki, klub karyerasına “Santos”da başlayan Neymarın hazırda 30 yaşı var. O, 2017-ci ildə İspaniya “Barcelona”sından fransız “PSG”sinə rekord 222 milyon avroya keçib.
Hücumçü Braziliya yığmasının tərkibində 2013-cü ildə Konfederasiyalar Kubokunu, 2016-cı ildə isə Olimpiya çempionu olub. Neymar millidə 121 oyun keçirib və 75 qola imza atıb.
Telegram kanalımız