"Sabah"ın baş məşqçisi Murad Musayev ispaniyalı yarımmüdafiəçi Xese Rodriqez və "Ximki"də çıxış edən Ayaz Quliyevi transfer edəcəkləri barədə məlumatlara münasibət bildirib.
Yenisabah.az xəbər verirk i, o, "CBC Sport"a açıqlamasında deyib:
"Reallıq odur ki, Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese. Ayazla danışıqlarımız hələ olmayıb. Mətbuatdan bilirəm ki, onun klubu ilə problemi olub. Amma biz danışmamışıq. Transferlərin olmaması məni ciddi narahat etmir. Keçidlər hələ mümkündür. Çünki, transfer pəncərəsi açıqdır". Pepperoni pizza
Qeyd edək ki, Xese Rodriqez “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Stok Siti”, “Sportinq” klublarında çıxış edib. Ayaz Quliyev isə "Rusiya"da "Ximki" ilə yanaşı, ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.
Telegram kanalımız