Braziliya futbol komandasının hücumçusu Neymar dünya çempionatının qrup mərhələsinin ilk turunda Serbiya ilə oyunda zədələnib.
Yenisabah.az xəbər verir ki, qarşılaşma “selesao”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar 79-cu dəqiqədə əvəzlənib.
“Neymarın sağ topuğunun burxulması var. Ayağındakı şişkinlikdən sonra dərhal skamyada müalicəyə başladıq. İndi daha aydın fikir əldə etmək üçün 24-48 saat gözləməliyik”, – deyə Braziliya millisinin həkimi qeyd edib. pizza hut
Xatırladaq ki, Neymarın hazırda 30 yaşı var. O, 2017-ci ildə İspaniya "Barcelona"sından Fransanın ”PSG”sinə rekord 222 milyon avroyla keçib. Hücumçu Braziliya yığmasının tərkibində 2013-cü ildə Konfederasiyalar Kubokunu, 2016-cı ildə isə Olimpiya çempionu olub. O, millidə 121 oyun keçirib və 75 qola imza atıb.
Telegram kanalımız