Nicat Quliyevin psixi problemləri olub? - Yeni iddialar var

saytların hazırlanması

Evə çatdırılma

Nicat Quliyevin psixi problemləri olub? - Yeni iddialar var

Hadisə

09 Dekabr 2025 11:46 5300


Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı Nicat Quliyevlə bağlı yeni iddialar var.

“Yeni Sabah”ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Nicat Quliyev bir neçə öncə psixiatrik xəstəxanalardan birində uzun müddət müalicə alıb.

Mərhumun xeyli miqdarda borcunun olduğu da iddia olunur. N.Quliyevin məhz bu səbəbdən intihar etməsi ehtimalı irəli sürülür. Marqarita pizza

Onun barəsində hələlik bir çox təfərrüatlar naməlumdur.

Xatırladaq ki, qətl hadisəsi dünən gecə “Neftçilər” metrosu yaxınlığında evlərdən birində baş verib.

Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə
    Daxili işlər üzrə əməkdaşları, Dövlət Yol Polisinin əməkdaşları və bütün güc strukturlarının əməkdaşları birləşərək Azərbaycanın hər rayonunda, hər şəhərində, qəsəbələrində ciddi nizam intizama nəzarəti artırsınlar. Soyuq silah və odlu silah gəzdirməyin qarşısı alınsın. Küçədə davaların qarşısı alınsın. Küçədə səs küy salan vətəndaşları nizam intizama dəvət etsinlər. Dəvəti qəbul etməyənlər ictimai asayişi pozanlar cərimə olunsunlar.
    5 months ago