Niderland və Seneqal 1/8 finalda

saytların hazırlanması

Evə çatdırılma

Niderland və Seneqal 1/8 finalda

İdman

29 Noyabr 2022 21:17 881


Bu gün DÇ-2022-nin qrup mərhələsində sonuncu - 3-cü tura start verilib.

Yenisabah.az xəbər verir ki, A qrupunda Bakı vaxtı ilə saat 19:00-da Ekvador Seneqalla, eyni vaxtda Niderland Qətərlə qarşılaşıb.

Niderland 2:0, Seneqal isə 2:1 hesablı qələbə ilə qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq 1/8 finala vəsiqə qazanıb. Sezar pizza

B qrupunda isə saat 23:00-da İran ABŞ-la qarşılaşacaq. Eyni saatda Britaniya derbisi  gerçəkləşəcək. Uels İngiltərə ilə üz-üzə gələcək. Bu qrupda isə bütün komandaların pley-offa yüksəlmək şansı var.

Xatırladaq ki, DÇ-2022-də Portuqaliya və Fransa və Braziliya da pley-offa vəsiqəni təmin edib.

29 noyabr

A qrupu

19:00. Ekvador - Seneqal - 1:2 

Qol: Moyses Kaysedo, 68, - İsmaila Sarr, 44-pen., Xalidu Kulibali, 70 

Baş hakim: Kleman Türpen (Fransa)

"Xəlifə" stadionu

19:00. Niderland - Qətər - 2:0 

Qol: Kodi Qakpo, 26, Frenki de Yonq, 49

Baş hakim: Bakari Qassama (Qambiya)

"Əl Beyt" stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!