Qətərdə təşkil olunan DÇ-2022 davam edir.
Yenisabah.az xəbər verir ki, A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gəlib. "Al-Tumama" arenasındakı oyunda Niderland 2:0 hesabı ilə qalib gəlib. Bu qrupda mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
Günün son matçında ABŞ yığması Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə 23:00-da başlayacaq.
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland - 0:2
Qollar: Qakpo, 85, Klaassen, 90+9
Baş hakim: Uilton Sampayo (Braziliya)
"Al-Tumama" stadionu
Telegram kanalımız