Nigarın səhhəti pisləşdi, xəstəxanadan son xəbər 

saytların hazırlanması

Evə çatdırılma

Nigarın səhhəti pisləşdi, xəstəxanadan son xəbər 

Sosial

02 Aprel 2025 16:21 40509


“Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhadın səhhətində ciddi problem yaranıb.

“Yeni Sabah” xəbər verir ki, Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, aparıcı xəstəxanaların birinə müraciət edib.

Səhhətində yaranmış narahatlığa görə, o, işə çıxmır. Aparıcı eyni zamanda zənglərə cavab vermir. Son hadisələrin aparıcının səhhətinə mənfi təsir göstərdiyi bildirilir. Sezar pizza

Qeyd edək ki, Nigar Fərhadın aparıcı olduğu verilişdə “Oğlum olsa, ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Ötən gün Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.

“Kanal S”in müvafiq açıqlamasında bildirilib ki, aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərara alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • sherif
    Bu cür düşüncəsi dar, fikirləşmədən danışan və nəhayət, ən azı şəhidlərin ruhuna toxunacaq ifadələr işlədən belə bayağıların tv-də nə işi var ki?
    1 year ago