“Nikosayağı“ əməliyyatdan çıxıb, hazırda reanimasiyadadır - Atası danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Nikosayağı“ əməliyyatdan çıxıb, hazırda reanimasiyadadır - Atası danışdı

Şou

15 Avqust 2023 10:46 1087


Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. 

Yenisabah.az xəbər verir ki, 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. 

Hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşı, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.  Marqarita pizza

Blogerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Modern.az-a açıqlamasında bildirib ki, oğlu hazırda reanimasiyadadır. 

"Gecə əməliyyatdan çıxıb. Nicat indi reanimasiyadadır, sağ qolu amputasiya olub, Vəziyyətində dəyişən heç nə yoxdur", - o deyib. 

Qeyd edək ki, qəzada ölən şəxs “Nikosayağı”nın dostu Ruslan Məmmədovdur. Onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!